Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - FOTOLAR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Almaniyada yeni hökumətdən formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib. İki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Almaniyada yeni hökumətin alternativ enerjiyə keçmək ilə bağlı məqsədlərindən bəhs edən səfir, təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib. Səfir, qarşıdan gələn il təşkil olunacaq "Berlin Enerji Keçidi Dialoqu” tədbiri barədə məlumat təqdim edib.

Nazir Ceyhun Bayramov Almaniyada yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb. O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib. Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söylədi. Nazir, azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib. Ermənistanın bu addımlara hələ də, qarşılıq vermədiyi, eyni zamanda təxribatçı addımlarını davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi qeyd edilib.

Görüşdə tərəflər, münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...