“Gözləmək lazımdır ki, məsələ necə sonlanacaq...” - “3+3” formatı reallaşacaq?

“Gözləmək lazımdır ki, məsələ necə sonlanacaq...” - “3+3” formatı reallaşacaq?
Məlum olduğu kimi, Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. İclasda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək.

Sözügedən görüşün əhəmiyyəti barədə Sfera.az-a danışan deputat Naqif Həmzəyev "3+3" platformasının reallaşması ilə Azərbaycanın bütün istəklərinə çata biləcəyini deyib:

"Azərbaycan ilk gündən etibarən "3+3" platformasını dəstəkləyir və əməkdaşlığa hazır olduğunu bildirir. Bu platforma məlum olduğu kimi ilk başlarda bəzi qonşu ölkələr tərəfindən dəstəklənmədi, etirazlar oldu. Lakin yekun olaraq Azərbaycanın postmünaqişə formatında həyata keçirdiyi siyasət bu platformanın reallaşması əhəmiyyətini artırır. Bu gün Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun birləşdiyi, tranzit mərkəzində yerləşir. Lakin Zəngəzur dəhlizinin işə keçməsi ilə region dövlətlərinin də daha çox fayda götürəcəyini deyə bilərik. Bu baxımdan platformanın ilk iclası çox önəmlidir. Bu platformada ən çox xeyir görən tərəf isə Azərbaycan olacaq və yaxın gələcəkdə bütün istəkləri reallaşdırmaq mümkündür. Düşünürük ki, yaxın illərdə Gürcüstan da bu platformada olacaq".
 
Politoloq Qabil Hüseynli isə platformanın reallaşmayacağını da istisna etməyib:

"Sözügedən formatın harada yerləşəcəyi, hansı məsələlər üzrə işlərin aparılması və texniki məsələlər aydınlaşmalıdır. Ola bilər ki, tərəflər bəzi təkliflərlə razılaşmasın və platformanın reallaşması alınmasın. Format yenidir və gözləmək lazımdır ki, məsələ necə sonlanacaq. Rusiya sözügedən platformanı bəyəndiyini elan etsə də, özünün moderatorluğu ilə prosesləri tənzimləmək istəmir. Baxışlar müxtəlifdir və bəzən üzdə bir sözü deyirlər, arxada başqa cür hərəkət edirlər. Ona görə deyə bilmirəm ki, təşkilatın təşəbbüsü ilə regionda sülh yaranması mümkün olacaq ya yox..."

Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...