Erməni maraqları və Mirzəli-Lapşin qardaşlığı - VİDEO

Erməni maraqları və Mirzəli-Lapşin qardaşlığı - VİDEO
Xaricdə yaşayan və təəssüf ki, şəxsiyyət vəsiqəsində "azərbaycanlı” yazılan bəzi şəxslərin virtual-həmlələri, Azərbaycana qarşı açıq təxribatlarının miqyası daha da genişlənib.
 
Uzun müddətdir ki, anti-Azərbaycan fəaliyyətlərinin mərkəzində yer alan şəxslər bu dəfə öz həmkarlarını da prosesə cəlb etməyə cəhd göstərirlər. Hər vəcdlə Azərbaycanı qaralamağa və beynəlxalq nüfuzunu zəiflətməyə çalışanlar öz əməllərini davam etdirmək üçün hər vasitədən istifadə etməkdə qərarlıdır. Bu şəxlər içərisində öz radikallığı və xüsusilə Azərbaycan düşmənçiliyi ilə seçilən əsas fiqur Məhəmməd Mirzəlidir.

25 noyabrda Məhəmməd Mirzəli öz "YouTube” kanalına Azərbaycanın düşməni, ermənipərəst bloqqer Aleksandr Lapşini dəvət edib. Əsassız iddialarla yadda qalan verilişdə Azərbaycan ordusunun hədəfə çevrildiyi nəzərə çarpır. Belə ki, yayım zamanı Lapşinin ordumuzun gözü hesab olunan elitar bölməsi "Yaşma” xüsusi təyinatlıları haqda olduqca təhqiredici tərzdəki çıxışı senzurasız şəkildə təqdim edilib. Hər iki şəxs Azərbaycan ordusunun nüfuzunu ləkələmək məqsədilə əsassız iddialara söykənən böhtan kampaniyasına cəhd ediblər.

Qeyd edək ki, adı Məhəmməd Mirzəli ilə birgə hallanan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınıb. Buna rəğmən öz fəaliyyətlərini dayandırmayan Lapşin 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib və bu səfəri barədə öz bloqunda məlumat verib. Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən Belarusda saxlanılaraq Azərbaycana gətirilib.
 
Haqqında 3 il müddətində həbs-qəti imkan tədbiri seçilən Lapşin 2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Lakin, deyəsən bu xoşməramlı mövqe Aleksandr Lapşinin çox tez  yadından çıxıb və o, yenidən Azərbaycana qarşı təxribatlara davam etməkdədir. Azərbaycana qarşı açıq təxribatlarda adı çəkilən və ermənilərlə yaxınlığa malik Aleksandr Lapşinin Məhəmməd Mirzəli ilə yaxınlığı heç də təəccüblü deyil.
 
Məhəmməd Mirzəli hələ bir neçə ay əvvəl Ermənistanın "Civilnet” kanalındakı proqrama qatılmış və Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. Erməni kanalına müsahibəsində Azərbaycanı təxribatçı adlandıran Məhəmməd Mirzəli, Qarabağdakı sülhün əsas düşməninin də məhz Azərbaycan olduğunu qeyd edirdi. Məhəmməd Mirzəlinin oxşar qaydada erməni maraq qrupları ilə yaxın münasibətlərə malik olan Aleksandr Lapşinlə yaxınlaşması da bu istiqamətdəki fəaliyyətlərin daha da genişləndiyini göstərir.

Məhəmməd Mirzəlinin Azərbaycana qarşı nifrətindən məharətlə istifadə edən erməni maraq qrupları artıq Azərbaycanla bağlı təxribatların yeni mərhələsinə start verib. Çoxsaylı izləyici kütləsinə malik müxalif bloggerlərin fəaliyyəti bu dəfə dövlətin əsas dayaq sütunlarından hesab olunan ordunu hədəf almağa xidmət edir. Hətta bu məqsədi daha yaxşı icra etmək üçün ermənipərəst mövqeyi ilə tanınan Aleksandr Lapşinin də prosesə daxil edildiyi aydındır.
Mirzəli-Lapşin cütlüyü erməni maraqlarını təmin etmək və Azərbaycana qarşı təxribatları həyata keçirmək üçün seçilmiş ikilidir.
 
Orxan
Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...