Rüstəm Muradovun müəmmalı İrəvan səfəri - Delimitasiya başlayır?

15:11 / 09.12.2021
1089
Ermənistanın "Hraparak” nəşri Cənub Hərb Dairəsinin
komandan müavini Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya hərbçilərindən ibarət
nümayəndə heyətinin Ermənistana gəldiyini yazıb.
Nəşr iddia edir ki, nümayəndə heyəti Azərbaycanla
sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq üçün danışıqlar
aparacaq. Rusiyanın nüfuzlu "Sputnik” agentliyi isə rusiyalı hərbçilərin gəlişini
təsdiqləsə də, delimitasiya ilə bağlı yayılan məlumatı təkzib edib.
Maraqlıdır, Rüstəm Muradovun rəhbərlik etdiyi
Rusiya hərbçilərindən ibarət nümayəndə heyəti Ermənistana hansı məqsədlə gəlib?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında verən
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Rüstəm Muradovun rəhbərlik
etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin Ermənistana gəlməsini sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlaması hesab etmək olar:
E. Nəsirov qeyd edib ki, sərhədlərin müəyyənləşməsi,
eyni zamanda kommunikasiya və nəqliyyat əlaqələrinin bərpa edilməsi kimi məsələlər
Ermənistanda narahatlıqla izlənilir:
"Təsadüfi deyil ki, Rüstəm Muradovun rəhbərlik
etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin Ermənistana səfər etməsini
bəzi erməni nəşrləri sərhədlərin delimitasiya və demarkasiyası kimi, bəziləri
isə sadəcə rəsmi səfər kimi təqdim edir. Bütün hallarda isə biz deyə bilərik ki,
bu istiqamətdə işlərin ən qısa zamanda başlaması zəruridir. Əks təqdirdə gərginlik
yenidən artacaq”.