Azərbaycandan ən çox pul bu ölkəyə göndərilib

İqtisadiyyat
14:35 / 09.12.2021
857
Azərbaycandan ən çox pul göndərilən ölkələrin adı açıqlanıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində ən çox pul Türkiyə, Rusiya və Gürcüstana göndərilib.
Türkiyəyə 107,6 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon dollar çoxdur.
Rusiyaya 85,5 milyon dollar (ötən illə müqayisədə 8,2 milyon dollar), Gürcüstana 61 milyon dollar (18,5 milyon dollar çox) göndərilib.
Adıçəkilən 3 ölkəyə ümumilikdə 254 milyon dollardan çox pul göndərilib ki, bu da xaricə göndərilən cəmi vəsaitin 63,2 faizini təşkil edib. Bu ili 9 ayında xaricə 402,3 milyon dollar göndərilib.
Vasif
Sfera.az