ABŞ-ın hədəfi, Rusiyanın əsas planı: Mərkəzi Asiyada nə baş verir?

ABŞ-ın hədəfi, Rusiyanın əsas planı: Mərkəzi Asiyada nə baş verir?
"Rusiyanın əsas planı Mərkəzi Asiya istiqamətində xarici siyasətini gücləndirməkdən və bölgəni öz nəzarətinə qaytarmaqdan ibarətdir”.
 
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. 

Onun sözlərinə görə, Mərkəzi Asiya istiqamətində öz təsirini artırmaq Moskva üçün strateji əhəmiyyət kəsb edir və bir neçə məsələni eyni zamanda hədəfləməyə imkan verir:

"Hər şeydən əvvəl bu, region ölkələri ilə sıx əlaqələr qurmağa can atan Ankaranın qarşısını almaq üçün vacibdir. Türkiyənin Mərkəzi Asiya ölkələri ilə hərbi-siyasi əməkdaşlıq qurmaq səylərini Rusiya özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Digər tərəfdən də, belə bir əməkdaşlığın qurulması Rusiyanın əbədi "isti dənizlərə çıxış" xülyasına son qoymuş olardı. Həm də ona görə ki, bu halda həmin planın qarşısı təkcə Mərkəzi Asiyanın şimalından deyil, həm də onun cənub cinahından kəsilmiş olur. Unutmayaq ki, şimaldan (Rusiyadan) Qazaxıstanla ayrılan Mərkəzi Asiya və Əfqanıstan bölgəsi cənubdan Ankaranın hərbi-siyasi tərəfdaşı olan Pakistan tərəfindən qapanır. Göstərilən böyük bir regionun Ankara-İslamabad alyansının, həmçinin onun üzdə görünməyən tərəfdaşlarının nəzarətinə keçməsi Moskva üçün başqa itkilərə də səbəb ola bilər”.

Politoloqun fikrincə, Moskva üçün ciddi narahatlıq doğuran həmin səbəblərdən biri də Türkiyə-Pakistan alyansı üzvlərindən birincisinin NATO üzvü, ikincisinin isə Pekinlə sıx müttəfiqlik münasibətində olmasıdır:

"Deməli, Çin-Avropa daşımalarından yararlanmağa çalışan Rusiya tam oyundankənar vəziyyətə düşə bilər. Bölgədəki gəlişmələrə Çinin təmkinli münasibəti də Moskva üçün məhz buna işarədir. Belə olduqda, Rusiya üçün yeganə çıxış yolu Mərkəzi Asiyaya siyasi, ardınca da hərbi müdaxilə olur ki, bu da ilk növbədə Qazaxıstana təsirdən başlamalıdır. Başda prezident Putin olmaqla, Rusiya hakim dairələrinin son aylar ərzində dəfələrlə Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməsi heç də təsadüfi deyil. Bölgəyə cənubdan (Pakistan vasitəsilə) girişin və mümkün təsirin qarşısının alınması da bu halda ciddi hərbi-taktiki əhəmiyyət kəsb edir. Görünür, Moskva elə buna görə regionda yeganə tərəfdaş kimi Dehlini görür və onunla müvafiq anlaşmalara getməyə çalışır.  Amma Hindistanın təkcə Pakistanla deyil, elə Çinin özü ilə də münasibətlərində problemlərinin olması onu Moskvanın planlarından çəkinməyə də sövq edə bilər. Bundan sığortalanmaq üçün isə Rusiya Hindistana geniş hərbi əməkdaşlıq proqramı təklif etməlidir”.

Ə.Oruclu qeyd edib ki, bütün bu gəlişmələr fonunda son günlər Mərkəzi Asiya bölgəsinə yeni bir oyunçu da daxil olub:

"Özü də bu dəfə artıq hansısa mücərrəd dəyərlər və anlayışlarla deyil, real hərbi əməkdaşlıq planı ilə. İki gün əvvəl ABŞ-ın və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2022-2027 illəri əhatə edən geniş hərbi əməkdaşlıq barədə anlaşma imzalandı.  Göründüyü kimi, Vaşinqtonun da diqqəti təkcə Kiyevlə məhdudlaşmır. Bu isə Mərkəzi Asiyanı geosiyasi mübarizənin qaynar nöqtəsinə çevirir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...