“Bu Brüssel görüşü ərəfəsində əlimizi gücləndirən fakt oldu” – Ermənistanı nə gözləyir?

“Bu Brüssel görüşü ərəfəsində əlimizi gücləndirən fakt oldu” – Ermənistanı nə gözləyir?
"İrəvanın beynəlxalq müstəvidə növbəti dəfə ifşa olunması Brüssel görüşü ərəfəsində əlimizi gücləndirən fakt oldu”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində iddialarının böyük əksəriyyətinin təsdiqlənməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, bundan sonra Ermənistanın havadarlarının, o cümlədən Fransanın mövqeyinin dəyişəcəyini düşünmək doğru deyil:

"Çünki onlar İrəvanı haqlı olduğuna görə dəstəkləmirlər. Özləri də hər şeyi görür, anlayırlar. Sadəcə Ermənistan bir çoxu üçün sadəcə "maşa”dır. Beynəlxalq Ədalət Məhkəməsinin əsas qərarlarından biri də, Ermənistanda hakimiyyətin radikal qüvvələrlə daha ciddi mübarizə aparması ilə bağlıdır. Bu, hər şeydən əvvəl mövcud iqtidarın kifayət qədər güclü olmadığını, daxildə ikitirəliyin hökm sürdüyünü göstərən məqamdır. Əsas məsələ isə başqadır. Baş nazir Nikol Paşinyan sözügedən öhdəliyi yerinə yetirə biləcəkmi? Hər halda radikal qruplaşmaları neytrallaşdırmaq hər kəsdən çox elə Paşinyanın özünə lazımdır”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan istənilən halda işini görəcək və bu yolda geri çəkilməyəcək:

"Hücum mövqeyində daha qətiyyətli addımlar atmalıyıq. Beynəlxalq hüquqi platformalarda Ermənistanın sıxışdırılması prosesi bundan sonra da davam etməlidir. Məlumdur ki, otuz il ərzində yığılan məsələləri bircə məhkəmə ilə həll etmək mümkün deyil. İkinci bir tərəfdən isə biz hüquqi-siyasi meydanda irəlilədikcə İrəvan həm tədricən təklənəcək, həm də normal, konstruktiv mövqe sərgiləməyə məcbur qalacaq”.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair" iddiasını təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da rədd edilib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Azərbaycanın bu qələbəsi Ermənistanda xüsusi narahatlıqla qarşılanıb. Erməni politoloq və hüquqşünaslar hüquqi müstəvidə bu qələbədən sonra Azərbaycanın iddialarının genişlənəcəyini və bundan siyasi məqsədlər üçün istifadə edəcəyini bildiriblər.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...