Ali Məhkəmə "Ağdam bandası"nın başçısı ilə bağlı qərarı elan etdi

Ali Məhkəmə
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Murad Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sfera.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Məmmədovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M.Məmmədov 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 217.1-ci (Banditizm, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 120.2.1-ci (Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

M.Məmmədov 1962-ci ildə Ağdam rayonunun Salahlı Kəngərli kəndində anadan olub.

Məlumata görə, o, Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Z.İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, "Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib. Daha sonra M.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...