"Brüssel görüşü bu məsələlərin həllinə təkan verəcək" - Deputat

Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları arasında Soçidə keçirilən görüşdən sonra sərhədlərin delimitasiya və demarkasiyası aktuallaşıb. Ehtimal var ki, dekabrın 15-də Azərbaycan və Ermənistan liderlərinin görüşü bu istiqamətdə müəyyən işlərin reallaşmasının əsasını qoyacaq.

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Ramin Məmmədov Ermənistanın delimitasiya və demarkasiya məsələlərinin həlli üçün konkret addımlar atmamasının ən çox özlərinə ziyan verdiyini bildirib. Millət vəkili Ermənistanın üzərinə bəzi öhdəliklərin düşdüyünü diqqətə çatdırıb:
 
"Azərbaycan və Ermənistan arasında olan münaqişənin həllindən sonra iki ölkə arasında bundan sonrakı reallıqlardan irəli gələn layihələrin icrası, qarşılıqlı inamın və əməkdaşlıq üçün imkanların yaradılması istiqamətində addımların atılacağı məlumdur. Azərbaycan ötən ilin noyabr ayında və bu ilin yanvarında imzalanan bəyannamələrdən irəli gələn  öhdəliklərə məsuliyyətlə yanaşaraq bu istiqamətdə prakitiki addımlar atmaqdadır. Eyni öhdəliklər Ermənistanın da  üzərinə düşür. Uzun müddətdir ki, Ermənistan regionun inkişafı üçün töhfə verəcək kommunikasiya xətlərinin bağlı vəziyyətdə qalmasına səbəb olması nəticəsində tək bölgəyə yox, elə öz iqtisadiyyatının inkişafına da mənfi təsir edir". 
 
Deputat Brüssel görüşünün bir sıra münaqişəli məsələlərin həllinə rəvac verəcəyini deyib:

"Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq bu istiqamətdə Ermənistanın konkret addımlar atacağını hər bir bölgə ölkəsi, o cümlədən qlobal güclər də gözləməkdədir. Təbii ki, bu istiqamətdə bir çox səpkidə görüşlərin keçirilməsi, müzakirələrin aparılması məsələnin həllinə müsbət təsir edən amillər arasındadır. Lakin ilk növbədə Ermənistan üzərinə düşən öhdəliklərə ciddi yanaşaraq praktiki işlərin görülməsinə nail olmalıdır. Brüssel görüşü nəinki sərhədlərin delimitasiya və demarkasiya məsələsi, o cümlədən regionda kommunikasiya xətlərinin açılması işləri üçün ciddi təkan olacaq və yaxın gələcəkdə bu istiqamətlərdə addımlar atılacaq".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...