Nazirlik “Omikron” ştamı ilə bağlı əhaliyə çağırış etdi

Nazirlik “Omikron” ştamı ilə bağlı əhaliyə çağırış etdi
"Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı - "Omikron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb".

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir: "Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik".

OXŞAR XƏBƏRLƏR

Xanlar Vəliyev hərbi qulluqçularla görüşdü - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ...

"Times": Tramp transseksual əsgərləri ABŞ ordusundan qovmağı planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatlar Ordusunun bütün transseksual hərbçilərini işdən çıxarmağı planlaşdırır. Sfera.az xəbər verir ...

Kəlbəcərin işğaldan əvvəlki görüntüləri -VİDEO

AzTV-nin "Qızıl Fond"undan 1980-ci illərin əvvəllərində Kəlbəcərin işğaldan öncə olan görüntüləri təqdim olunub.   Sfera.az xəbər veri...

Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak e...

“İdman TV” Avroliqanı yayımlayacaq

“İdman TV” basketbol üzrə Avroliqa turnirinin yayım hüququna yiyələnib.   Sfera.az xəbər verir ki, bu həftədən etibarən basketbol az...

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları

2024-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10.1% artaraq 1 milyard 146...