“Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir” - Paşinyan

“Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir” - Paşinyan
Ermənistan parlamentinin "Mənim şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan bu gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndindən sitat gətirib.

Sfera.az xəbər verir ki, deputat bildirib: 

"Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti həyata keçirir. İndi sual yaranır: bu bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?”.

Baş nazir Nikol Paşinyan isə cavabında bildirib ki, Ermənistan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır:

 "Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir”.(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...