"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

Bundan sonra təqsirləndirilən şəxslərə son söz verilib.

"Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov son sözündə özünü təqsirli bilməyib. P.Abbasov məhkəmədən ədalət istəyib.

"Hörmətli məhkəmə, ortada ağır bir ittiham var. İndi deyəcəyim sözlərin nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Amma özümü qətiyyən təqsirli hesab etmirəm. Verilən ittihamların mənimlə əlaqəsi belə yoxdur. İttiham üçün sübutlar lazımdır. Burada nişanlanmış pullar, telefon danışıqları və digər sübutlar ortaya qoyulmalı idi. Mənə verilən ittihamlarda bu sübutların heç biri yoxdur. Həbsdə olduğum müddətdə mənim maddələrimlə saxlanılan digər işlərlə tanış olmuşam, mənim cinayət işimdəki hala heç bir yerdə rast gəlmədim. İlk gündən ittiham necə başlayıbsa, son günə qədər də elə davam etdi. Bizim burada danışdıqlarımız heç nəyi dəyişmədi. Onu da deyim ki, mənim iş otağımda olan çəkiliş də yanlışdır. Orada məqsəd ictimaiyyəti çaşdırmaq olub, hamı düşünsün ki, bu yolun adamıdır. Burada mənimlə tutulan şəxslərin heç birinin çalışdığım müəssisə ilə əlaqəsi yoxdur. Bu günə qədər "Yeni Klinika" dan heç kim bura gəlməyib.
 
10 il iş istəyib, bu necə ola bilər? Heç məndən artıq maddələrlə həbs olunanlarda belə olmur. Uca məhkəmədən, uca bəraət istəyirəm", - deyə təqsirləndirilən şəxs bildirib.

Təqsirləndirlilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.

Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirilən şəxs astma xəstəsi olduğu üçün məhkəmədən yüngül cəza istəyib.

Cinayət işi üzrə təqsirləndirilən Vüsalə Əliyeva səhhəti ilə bağlı olaraq son sözə hazır olmadığını bildirib.

Növbəti proses dekabrın 15-nə təyin olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva "Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.

Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...