Qazaxıstanda rus dilindən istifadə məhdudlaşdırılır

Qazaxıstanda rus dilindən istifadə məhdudlaşdırılır
Qazaxıstan parlamenti "İşarələr haqqında” qanun layihəsinə düzəlişləri təsdiqləyib. 

Dəyişikliyə əsasən reklam, qiymət cədvəlləri, qiymət etiketləri, menyular, elan və məlumat xarakterli lövhələrdəki yazılarda yalnız qazax dilindən istifadə ediləcək. 

Sfera.az xəbər verir ki, Bu barədə "Sputnik” məlumat yayıb.

Məlumata görə, bu dəyişikliklər xidmət sektoruna təsir göstərəcək: 

"Yeni düzəlişlər sahibkarları reklam, qiymət cədvəlləri, qiymət etiketləri, menyular, lövhələri yalnız qazax dilində yerləşdirməyə məcbur edəcək. Amma dövlət qurumlarında ikidillilik qalacaq.

Mövcud qanunvericiliyə uyğun olaraq blanklar, lövhələr, reklamlar və digər əyani məlumatlar qazax və rus dillərində təqdim olunur və eyni ölçülü hərflərlə yazılır.

Qeyd edək ki, Qazaxıstanda bu təklif Milli Məclisin (parlamentin aşağı palatası) sosial və mədəni inkişaf komitəsinin üzvü Berik Abdıqaliuli tərəfindən irəli sürülmüşdü. O, Qazaxıstandakı bütün işarə və işarələrin qazax dilinə tərcümə edilməsinin vacibliyini elan edib. Abdıqaliuli qeyd edib ki, belə bir qərar ölkədə qazax dilinin vəziyyəti ilə bağlı seçicilərin narahatlığını nəzərə alaraq qəbul olunub.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR