İnfarktların 21 faizi niyə bazar ertəsi baş verir? – İnsan qanı haqda bilmədiyimiz 20 fakt
11:10 / 08.12.2021
849
Qan - oksigen, qida, hormon, vitamin və
antikorları toxumalara daşıyan, həmçinin karbon qazını və tullantıları bədəndən
xaric edən, bədəndəki həyati əhəmiyyətli mayedir.
Sfera.az qanla bağlı elmi cəhətdən sübut
edilmiş maraqlı faktları təqdim edir:
1 - Yetkin bir insanın bədənindən bütün qanı
çıxarmaq üçün 1 milyon 120 min ağcaqanad lazımdır.
2 - Ürək 9 metr yüksəklikdən qan axını yarada
biləcək, təzyiq yaradır.
3 - İnsan nəbzsiz yaşaya bilər! 2012-ci ildə həkimlər
55 yaşlı Kreyq Lyuisin bədəninə qanın nəbzsiz dövranını təmin etməsi üçün cihaz
yerləşdiriblər.
4 - Stan Larkin 555 gün ürəksiz yaşadı və
transplantasiya gözlədi. Öz ürəyini Stain çantasında daşıdığı cihaz əvəz etdi.
Gənc onunla basketbol belə oynaya bildi.
5 - 25 gündə bədəndə qan dövranı sistemindən
keçən qan miqdarı təxminən orta ölçülü bir hovuza bərabərdir.
6 - İnsan qanının 40 faizini itirsə belə yaşaya
bilər. Təbii ki, belə bir vəziyyətdə sürətli qanköçürmə çox vacibdir.
7 - Bütün infarktların 21 faizi bazar ertəsi
günü baş verir. Cümə günləri ikinci zirvə nöqtəsi kimi qeyd olunur. Alimlərin
fikrincə, bunun səbəbi stress hormonlarının həftənin əvvəlində və sonunda pik həddə
çatmasıdır.
8 - Ürəyimizin döyüntüləri əhvalımıza da təsir
edir!
9 - Kokos suyunu təşkil edən komponentlər qan
plazmasına olduqca oxşardır! Kim bilir, bəlkə gələcəkdə qan plazması yerinə,
kokos suyundan istifadə oluna bilər.
10 - Alimlər qan qrupları ilə boşanma faizi
arasında əlaqə olduğunu kəşf ediblər. Ən güclü bağa malik cütlərin hər ikisinin
0-cı qrup olduğu məlum olub. Boşanmağa qərar verən cütlüklərin ümumiyyətlə A və
AB və ya A və 0 birləşməsinə sahib olduğu müəyyən edilib.
11 - Qan qrupunun da sağlamlığımız üzərində təsirli
olduğu bildirilir. Məsələn, 0 qan qrupu olanlar ürək-damar xəstəliklərinə
meylli deyillər, lakin dəri xərçəngi və ya piylənmə riski yüksəkdir.
12 - A qan qrupu olanlar xolesterol səviyyələrinə
diqqət etməlidirlər, çünki ürək-damar xəstəlikləri riski daha yüksəkdir.
13 - B qan qrupu olan insanlar digər qan qrupu
olanlara nisbətən diabet və mədəaltı vəzi xərçənginə daha çox meyllidirlər.
14 - AB qan qrupu olanlar da yaddaş barəsində
çox diqqətli olmalıdırlar. Çünki koqnitiv pozğunluqların inkişaf riski digərlərindən
82 faiz yüksəkdir.
15 - Enerji içkiləri ürəyinizin döyüntüsünü dəyişə
bilər! Bir araşdırma enerji içkilərindəki
kofeinin miqdarının qəhvə kimi kofeinli içkilərdən 3 dəfə çox olduğunu ortaya
qoyub. Üstəlik, bu qəfil artım ürək dərəcəsinə təsir edə bilər və ölümlə nəticələnə
bilər!
16 - Toronto Universitetinin alimləri
insanların qan qrupuna görə xüsusi pəhrizlərin şəhər əfsanəsi olduğunu sübut
ediblər.
17 - Yaponiyada hər qan qrupu üçün xüsusi məhsul
bazarı var. Burada yeməkdən tutmuş şəxsi qulluq məhsullarına qədər hər şeyi
tapa bilərsiniz.
18 - 2017-ci ildə aparılan bir araşdırma, 0 qan
qrupu olanların digərlərinə nisbətən daha davamlı, atletik bir quruluşa sahib olduğunu
müəyyən edib. Ancaq bu üstünlük yalnız
insan müntəzəm olaraq məşq etdikdə işləyir.
19 - İnfakt riskini azaltmaq üçün səhərlər
sakit oyanmalı və axşam məşqlərinin intensivliyini azaltmalısınız.
20 - Alimlər araşdırmalarında xarakter və qan
qrupları arasında əlaqə tapıblar. Yaponiyada insanlar qan qruplarının
insanların şəxsiyyət xüsusiyyətlərinə, işdə və şəxsi münasibətlərdə uğurlarına
təsir etdiyinə inanırlar.