Rusiya təyyarəsini vuran türk pilotlar həbs edildi
Dünya
18:10 / 19.07.2016
1739
Türkiyədə Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vuran iki pilot həbs edilib.
APA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətindəki yüksək rütbəli mənbə bildirib.
Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələri 2015-ci il, noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın "Su-24” bombardmançı təyyarəsini vurub.