“Real”ın futbolçusunun yazdığı mahnı xitə çevrildi – VİDEO
İdman
17:24 / 19.07.2016
2539
"Real”ın hücumçusu Xese Rodriges "Jey M” adı altında yazdığı mahnıya klip çəkdirib.
Sfera.az xəbər verir ki, "Mən bilirdim” (Yo Sabia) adlanan bəstəni 23 yaşlı futbolçu Alexis&Fido, De La Ghetto və Carlitos Rossy ilə birlikdə oxuyub. Bu mahnını "Real”ın futbolçuları da xoşlayır. Onlar Çempionlar Liqasını qazananda bütün komanda xorla "Mən bilirdim” oxuyurdu.
Son mövsümdə 28 oyuna çıxan Xese 6 qol vurub. Rafael Benites "Kral klubu”nda baş məşqçi olarkən onun musiqiyə daha çox vaxt ayırmasından narazı idi...