“Morq canavarı” ləqəbli canidən etiraf: 100 cəsədə təcavüz edib

Kriminal
13:54 / 07.12.2021
758
ABŞ-da yaşayan xəstəxana işçisi, "Morq canavarı” ləqəbli David Fuller 100 cəsədə təcavüz etdiyini etiraf edib.
Sfera.az bildirir ki, sözügedən şəxs məhkəmənin dördüncü günündə bunu açıqlayıb. Məlumata görə, Fuller 1987-ci ildə iki qadını öldürməklə yanaşı, 2020-ci ilin oktyabrına kimi 12 il müddətində xəstəxana morqlarında ən azı 100 qadın və uşaq cəsədini cinsi istismar edib.
İstintaq qrupu, Fullerin cinayətlərini DNT testi texnologiyasındakı irəliləyişlər və 2,5 milyon funt sterlinqlik polis əməliyyatı sayəsində aşkarladıqlarını söyləyib.
Qeyd edək ki, 67 yaşlı adam davadan əvvəl, 51 ayrı cinayət əməlini qəbul etmişdi. Bunlar, iki morqda 78 nəfərin cəsədinə qarşı törətdiyi 44 ayrı cinayət olmuşdu.
Xatırladaq ki, David Fullerin təcavüz etdiyi cəsədlər içində İngiltərədə yaşayan Azra Kemal adlı türkün də cəsədi olub.
Günay Rəsulqızı
Sfera.az