Dövlət Xidmətinin komissiya sədrinə 4 il cəza verildi

Dövlət Xidmətinin komissiya sədrinə 4 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sfera.az Report-a istinadla xəbər veirr ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, N.Rəhmanovaya Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq edilib və təqsirləndirilən şəxsə şərti cəza təyin olunub.

Qeyd edək ki, N.Rəhmanova əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim işləyib.

İttiham aktına əsasən, o, Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışan zaman çağırışçılardan hərbi xidmətə yararsız hesab edilmələri üçün rüşvət alıb və qarşılığında həmin çağırışçıların hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta tibbi sənədlər verib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Rəhmanova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq dövründə onun barəsində 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilmədiyini deyib. N.Rəhmanova dindirilən zaman söyləyib ki, o, 39 ildir həkim işləyib.

Təqsirləndirilən şəxs bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışıb və vəzifəsi komissiyaya müraciət edən şəxslərin həkimlər tərəfindən müayinə edilməsindən sonra vəziyyəti komisara məruzə etmək olub. N.Rəhmanova ifadəsində heç kəsdən pul almadığını deyib.

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...