Könüllülərin Zəfəri - VİDEO

Könüllülərin Zəfəri - VİDEO
Bu gün "Cinema Plus”da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə "Könüllülərin Zəfəri” layihəsi çərçivəsində "Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilib.

Sfera.az xəbər verir ki, klip 44 günlük Vətən Müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və "5 dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunub. Klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı anın qısa musiqili klip şəklində gənclərə aşılamaqdır. Həmçinin klipdə könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.

Klipin ərsəyə gəlməsində əməyi keçən şəxslər aşağıdakılardır:

Layihə rəhbəri: İmaməddin Quliyev
Mus: Bəbir və Ülviyyə Bəbirli
Söz: Səba Qafarlı
Aranjiman: Bəbir Bəbirli

Gənc ifaçılar
Fərid Hüseynli
Amir Paşayev 
Əmrah Musayev
Leyla Tağıyeva
Firuzə Məmmədova

Rejissor: Orxan Əsgərov
Operator: Cavid Yaqubov
Montaj və rəng korreksiyası: Dmitriy Ponomaryov

Təqdimat mərasimində "Könüllülərin Zəfəri” layihəsində iştirak edən Könüllülərə sertifikat və hədiyyələr təqdim olunub.Təqdimatda çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevin bildirib ki, layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərakatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə gənclərin fəal iştirakını təmin etməkdir.


OXŞAR XƏBƏRLƏR