Nəfəsdən şok açıqlama: Atam 15 yaşında məni ərə verdi - VİDEO

Nəfəsdən şok açıqlama: Atam 15 yaşında məni ərə verdi - VİDEO
15 yaşında ailə həyatı quran müğənni Nəfəs evliliyinə görə atasını günahlandırıb.

Sfera.az xəbər verir ki, ATV televiziyasında yayımlanan "Zaurla Günaydın” verlişinin qonağı olan Nəfəs qurduğu ailəyə görə atasını günahkar bilib.

15 yaşında ailə həyatı quran Nəfəs evliliyə görə orta məktəbi bitirə bilmədiyini söyləyib:

"15 yaşında ailə həyatı qurdum. Qismət belə imiş. Öz seçimim deyil idi, qohum olduğuna görə ailəm bu evliliyə razı oldu. Orta məktəbi tam bitirə bilmədim, yarımçıq qaldı. "Hə” alınandan sonra məktəbə getmədim. Mənim övladım tez evlənmək fikrinə düşsə, heç vaxt icazə vermərəm. Çünki insan ilk növbədə özü ayaq üstə durmağı bacarmalıdır, sonra ailə qurmağı düşünməlidir. Mənim gözüm hər zaman "Son Zəng” günündə qalıb, məzun sevincini yaşaya bilməmişəm. Evliliyimdə günahlandırdığım insan atam olub, o da dünyasını dəyişib. İndi həyat yoldaşımdan ayrılmışıq, amma o, övladlarını gəlib görür. Heç istəməzdim belə olsun. Ailədə olmayanda olmur, heç nəyi məcbur etmək olmaz”.


OXŞAR XƏBƏRLƏR