Qiyamçılar Ərdoğanın cangüdənini öldürdülər
"Əgər 10-15 dəqiqə də orda qalsaydım ya öldürüləcəkdim ya da tutulacaqdım”.
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın iki şəxsi cangüdəni ölkədə baş tutmayan dövlət çevrilişinə cəhdin iştirakçıalrından qoruyarkən öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə türk lideri amerikannı CNN teleşirkətinə verdiyi müsahibəsində bildirib.
"iyulun 15-də mən öz ailəmlə Marmarisdə beşgünlük istirahətdə idik. Həmin gecə axşam saat 10-da İstanbul, Ankara və bir sıra yerlərdə baş verənlər barədə mənə məlumat verildi”, - türk lideri bildirib.
Prezident izah edib ki, çevrilişə cəhdin gedişatında onu başqa bir yerə aparmaq qərarı alınıb, amma bundna öncə o həmvətənləri qarşısında çıxış etmək qərarına gəlib. Onun sözlərinə görə, milli kanalların efirində bunu onda etmək mümkün deyildi.
"Biz smartfon və bir sıra özəl kanallardan istifadə etdik”, - Ərdoğan deyib.
"İnsanlar dərhal kütləvi şəkildə küçələrə çıxdılar”, - o, qeyd edib.
"Marmarisdə mənə qarşı əməliyyat keçirilib, - Ərdoğan bildirib. – İki cangüdənim ölüb. Əgər 10-15 dəqiqə də orda qalsaydım ya öldürüləcəkdim ya da tutulacaqdım”.
"Onlar bizi tuta bilmədilər, çünki biz tez bir zamanda ordan getmək qərrını aldıq”, - prezident ixah edib.
İyulun 16-a keçən gecə Türkiyədə bir qrup qiyamçı tərəfindən hərbi çevrilişə cəhd olub. Əsas qarşıdurma Ankara və istanbulda olub. Türkiyə hakimiyyəti qiyamın yatıdırldığını deyib. Son məlumata görə, 208 türk vətəndaşı ölüb, 100 qiyamçı öldürülüb, 1,5 minə yaxın adam yaralanıb.