SON DƏQİQƏ! ANS-in rəhbərləri haqqında QƏRAR VERİLDİ
Cəmiyyət
11:34 / 19.07.2016
13589
"ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və "ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alındıqdan sonra sərbəst buraxılıblar.
Sfera.az xəbər verir ki, bu barədə ölkə.az saytına məlumat daxil olub. Məlumatda qeyd edilir ki, hər iki şəxs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat verdikdən sonra sərbəst buraxılıblar. Onlar hal hazırda telekanalın həyətində olsalar da telekanalın binasına daxil ola bilmirlər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.