“Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarını izləyənlər cəzalandırılacaq - Belarusda

“Azadlıq Radiosu”nun sosial şəbəkə hesablarını izləyənlər cəzalandırılacaq - Belarusda
Belarusun paytaxtı Minskin Sentralnı rayon məhkəməsi ölkənin ən çox oxunan informasiya resurslarından biri olan "Azadlıq Radiosu”nun Belarus xidmətinin teleqram kanalını, eləcə də nəşrin digər sosial şəbəkə hesabını, o cümlədən yutub kanalının informasiya məhsullarını "ekstremist materiallar” elan edib.

Bu barədə nəşrin özü məlumat yayıb.

Bildirilib ki, həmin hesablara abunə olan internet istifadəçiləri qanun tərəfindən təqib olunacaqlar.

Qeyd edək ki, Belarusda 300-ə yaxın internet resursu "ekstremist” kimi tanınır. Noyabrda "Belsat” telekanalı və "BelaPAN” xəbər agentliyi "ekstremist birləşmə” kimi tanınıb, noyabrın 23-də "Naşa Niva” nəşrinin teleqram kanalı və sosial şəbəkə hesabları "ekstremist materiallar” siyahısına əlavə edilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...