ABŞ dövlət katibinin Bayramov və Mirzoyanla görüşü – Əsas müzakirələr, çıxan nəticələr

ABŞ dövlət katibinin Bayramov və Mirzoyanla görüşü – Əsas müzakirələr, çıxan nəticələr
"Azərbaycanın mövqeyi sabit və birmənalıdır. 30 ilə yaxındır, davam edən Qarabağ münaqişəsi başa çatıb. Ermənistan 10 noyabr razılaşmasının bütün bəndlərini yerinə yetirilməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası haqda danışarkən deyib. Onun sözlərinə görə, ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Cənubi Qafqazla baş verən son proseslər geniş müzakirə edildi:

"Bu istiqamətdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş zamanı C. Bayramov 10 noyabr üçtərəfli bəyanatı, postmünaqişə dövründəki vəziyyəti, eləcə də sərhəd məsələsini müzakirə edib. Prinsip etibarilə, Soçi görüşü və Aşqabad sammitində ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı sərgilədiyi mövqeyi Bayramov da Blinkenlə görüşdə təkrarladı. Nazir Zəngəzur dəhlizinin tezliklə işə salınmasının bölgə ölkələri üçün yeni imkanlar yaradacağını diqqətə çatdırdı. Xarici işlər nazirinin bu məsələni bir daha dilə gətirməsi rəsmi Bakının dəhliz məsələsində nə dərəcədə israrlı va sabit fikirli olduğunu göstərir”.

Politolqoun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Blinkenlə görüşüb:
 
"Rəsmi İrəvanın bu görüşdə sərgilədiyi mövqe isə hər zaman olduğu kimi qeyri-konstruktiv idi. Xüsusilə sərhəd məsələsini öz maraqları kontekstində təqdim edən Mirzoyan ABŞ dövlət katibindən "erməni əsirləri”n qaytarılmasına kömək istədi. Əvvəla, onu qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda saxlanılan ermənilər heç bir halda hərbi əsir deyil və bunu belə adlandırmaq beynəlxalq hüququ heçə saymaqdır. Digər tərəfdən, Bakının əlindəki diversantların geri qaytarılması rəsmi İrəvanın konstruktiv addımlarından asılı olacaq.
 
Mirzoyan çıxışında "Qarabağda öz müqəddəratını təyin etmədən” bəhs etməsi isə Ermənistanın əvvəlki mövqeyindən əl çəkmədiyini bir daha sübut edir.  Minsk Qrupu formatı heç bir halda bu məsələ üçün fəaliyyət göstərə bilməz. Yeni reallıqlar fonunda rəsmi İrəvanın səsləndirdiyi fikirlər hesab edirəm gələcək üçün heç bir müsbət şey vəd etmir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...