Məşhur aparıcı pandemiya qaydalarını pozduğu üçün saxlanıldı

Məşhur aparıcı pandemiya qaydalarını pozduğu üçün saxlanıldı
Türkiyəli aparıcı Tahir Sarıkaya saxlanılıb.
 
Sfera.az bildirir ki, buna səbəb aparıcının pandemiya çərçivəsində tətbiq edilən qaydaları pozması olub. Belə ki, Sarıkaya iki dostu ilə birlikdə İtaliyanın paytaxtı Romaya getmək üçün yola düşüb. Lakin pasport nəzarəti zamanı İtaliya polisi tərəfindən saxlanılıb. Onun səyahət qadağasını pozduğu bildirilib.

Sarıkaya təxminən, 20 dəqiqə polis nəzarətində olub. Sorğulanan 3 Türkiyə vətəndaşı barəsində deportasiya əməliyyatı başlanıb. Məlumata görə, aparıcı və iki dostu Türkiyə vaxtı ilə saat 20:45-də Romadan İstanbula uçacaq təyyarə ilə geri qayıdacaq.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR