“Tahir Mirkişili bunu əsaslandırsın” – Sabir Rüstəmxanlı qanun layihəsinə etiraz etdi

“Tahir Mirkişili bunu əsaslandırsın” – Sabir Rüstəmxanlı qanun layihəsinə etiraz etdi
"Cərimə və rüsumların 2 dəfə artırılması ilə bağlı əhali narazılıq edir. Mən ötən iclasda da qanun layihəsinə etirazımı bildirmişdim".
 
Sfera.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı  Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanun layihıəsinə münasibət bildirərkən deyib.
 
"Sənədlərdə 50 rəqəmi 100 rəqəmi kimi, 10 rəqəmi 20 rəqəmi kimi verilib. Bu rəqəmlərdən hələ çox var. Ötən plenar iclasında mən deyəndə ki, cərimələr iki dəfə artırılır,  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hörmətli Tahir Mirkişili etiraz etdi ki, belə bir şey yoxdur. Tahir Mirkişilidən xahiş edirəm ki, etirazını əsaslandırsın”, - deyə deputat bildirib.

Deputat Tahir Mirkişili isə Sabir Rüstəmxanlının irəli sürdüyü iddiaları qəbul etməyib:

"Sabir Rüstəmxanlı cərimə və rüsumların 2 dəfə deyil, 2-3 dəfə qaldırıldığını bildirmişdi. Lakin mən bu barədə fikirlərimi daha dəqiq əsaslandırıb ətraflı olaraq Sabir Rüstəmxanlıya məlumat verəcəm".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...