Hacıqabulda avtomobil keçmiş polisi vurub öldürdü

Hacıqabulda avtomobil keçmiş polisi vurub öldürdü
Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində piyada aldığı xəsarətlərdən ölüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupuna sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 20 radələrində Hacıqabul rayonunda baş verib:

"Rayon sakini Alik Əzizov rayon ərazisində idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən Şirvan şəhər sakini, piyada Şəhriyar Cəfərovu vurub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən Ş.Cəfərovun həyatını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır".

Ş.Cəfərovun daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı yayılan məlumat isə təkzib olunub. Onun iki ildən artıqdır ki, daxili işlər orqanlarında xidmət etmədiyi bildirilib.
 
(Oxu.az)

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...