DSX-nin yaralı zabiti: “Helikopter 150-200 metr hündürlükdə uçurdu”

DSX-nin yaralı zabiti: “Helikopter 150-200 metr hündürlükdə uçurdu”
"Uçuş zamanı helikoterdə nə nasazlıq olub, nə də ki helikopterə aid hər hansısa məhdudiyyəti aşma halı olub”.

Sfera.az xəbər verir ki, bunu Oxu.Az-a Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O, helikopterin uçduğu hündürlüyün məsafəsini açıqlayıb:

"Hava şəraiti də normal idi. Helikopter normal hündürlükdə – təxminən 150-200 metr hündürlükdə uçurdu. Ancaq qəzanın baş verdiyi eniş zamanı hündürlüyü dəqiq deyə bilmərəm.

Sərnişin kabinəsində olduğum üçün pilotun hansı manevrlər etdiyini deyə bilmərəm”.

OXŞAR XƏBƏRLƏR