Gülən 20 illik sirri açdı: ''Ərdoğan liftdə demişdi ki...''

Gülən 20 illik sirri açdı: ''Ərdoğan liftdə demişdi ki...''
 
"Mən Türkiyəyə rəhbərlik edən şəxslə indiyə qədər iki dəfə görüşmüşəm”. Bu sözləri "Hizmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söyləyib.
 
F.Gülən 20 il əvvəl olmuş ilk görüşün diqqət çəkən bəzi detallarını açıqlayıb: "İlk dəfə partiya yaratmaq istəyərkən gəlmişdi yanıma. Nəcməddəin Ərbakandan ayrılıb partiya yaratmaq istədiyini söylədi. Səmimi deyirəm, davranışı və görünüşü ilə bir müsəlman olaraq simpatiya yaratdığı üçün mən də təmiz hisslərimi anlatdım ona. Ərbakana qarşı geniş mübarizəyə başlamamasını, Türkiyədə hərbçilərin hələ də ciddi siyasi çəkiyə malik olduqlarını və onlara qarşı da təmkinli davranmasını məsləhət gördüm”.

"Hizmət” liderinin dediyinə görə, Ərdoğan ona qarşı indiki niyyətlərini elə o vaxtdan daşıyırmış: "Məndən ayrılandan sonra liftdə yanında olan adama deyib ki, ilk növbədə bunların məsələsini həll etmək lazımdı. Bunu mənə sonradan söylədilər. Demək, bunlar hələ 20 il öncədən özlərindən başqa heç bir qüvvəni, hətta bəşəri dəyərləri daşıyan bir qüvvəni belə qəbul etmədiklərini göstərmişdilər. Bizə qarşı bugünkü hisslərini o vaxtdan içlərində saxlayırlarmış...”
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...