Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq

Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Sfera.az xəbər verir ki, dəfn mərasimi bu gün keçiriləcək.

Artıq "Sərhədçi” İdman Kompleksində şəhid hərbi qulluqçularla keçirilən vida mərasimi başa çatıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Qəza nəticəsində həlak olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...