Xoşqədəm Hidayətqızı yenidən itkin düşmüş insanları axtaracaq
Cəmiyyət
15:10 / 18.07.2016
2116
Sentyabr ayından etibarən Xəzər TV-də "Axtarıram səni” verilişinin yayım vaxtına start veriləcək.
Bu barədə Oxu.Az "Trend Life”a istinadla xəbər verir.
Proqramın aparıcısı yenidən Xoşqədəm Hidayətqızı olacaq.
Xatırladaq ki, veriliş teleməkanda 2010-cu ildən yayımlanır. İlk dəfə ATV, sonra isə ANS televiziyasında təqdim olunub.