Bakıda qadın özünü 13-cü mərtəbədən atıb
Cəmiyyət
13:47 / 18.07.2016
765
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Sfera.az-ın "Report”a istinadən verdiyi xəbərə görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 4 A ünvanında qeydə alınıb.
1959-cu il təvəllüdlü Xalidə Əliquliyeva özünü yaşadığı binanın 13-cü mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.