"Legiya"nın baş məşqçisi: "Mahir Emreli sürətli və güclü hücumçudur"

"Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq".

Sfera.az xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski komandanın hücum xəttindəki rəqabət barədə yerli mətbuata açıqlamasında deyib.

Mahir Emreli ilə Tomaş Pexartı müqayisə edən 41 yaşlı mütəxəssis azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib: "Mahir sürətli və güclü oyunçudur. Pexart isə cərimə meydançasında hava topları zamanı yaxşı oynayır. Çexiyalı hücumçu tipik 9 nömrədir. Ötən mövsüm 20 qol vurduğu üçün onunla tez-tez danışır, bunu unutmamalı olduğunu söyləyirəm. Təəssüf ki, hər zaman istədiyi topları ala bilmir. Bəzən isə zərbələrdə dəqiqlik çatmır. Ümid edirəm ki, hər ikisi qarşıdakı matçlarda tilsimi qıracaq".

Qeyd edək ki, Mahir Emreli cari mövsüm "Legiya"nın heyətində 10 qol vurub.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...