26 şagirdini cinsi istismar edən türkiyəli müəllimin həbs müddəti uzadıldı - 621 il…

26 şagirdini cinsi istismar edən türkiyəli müəllimin həbs müddəti uzadıldı -  621 il…
26 şagirdini cinsi istismar edən türkiyəli müəllimin həbs müddəti uzadılıb.
 
Sfera.az bildirir ki, şagirdlərini cinsi istismar etdiyinə görə 621 il həbsə məhkum edilən Mahmut Aydın Köksar adlı şəxsin daha bir şagirdinə qarşı oxşar hərəkətlər etdiyi bəlli olub. Ardınca onun cəza müddəti 15 il də artırılıb.
 
Məhkəmə zamanı təqsirləndirilən şəxsin vəkili ittihamların konkret fakta əsaslanmadığını iddia edərək, müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını tələb edib. Mahmut Aydın isə hakim qarşısındakı son çıxışında ədalətə inandığını deyib.
 
Məhkəmə heyəti eyni zamanda, əvvəlki cəzada olduğu kimi ikinci dəfə Aydının müəllimlik peşəsinə xitam qərarı verib.
 
Xatırladaq ki, sözügedən şəxs 2015-ci ildə B.N.A adındakı şagirdini cinsi istismar etməkdə günahlandırılsa da, onun 20-dən çox azyaşlıya eyni davranışı tətbiq etdiyi bəlli olub.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR