"Omikron" ştamı Azərbaycanda da aşkarlandı? - RƏSMİ
10:35 / 29.11.2021
936
"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb".
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.
Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.
(report)