Burcu Esmersoy anidən gəncləşməyinin səbəbini açıqladı - FOTOLAR

16:23 / 27.11.2021
1431
Türkiyəli aparıcı Burcu Esmersoy haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Sfera.az bildirir ki, Nişantaşında gerçəkləşən tədbirlərdən birinə qatılan 45 yaşlı aparıcı jurnalistlərə açıqlama verib. O, getdiyi yerlərdə, etdirdiyi estetik müdaxilələrin insanlar arasında müzakirə obyekti olduğunu vurğulayıb:
"Həmişə qadınlar soruşur ki, üzünə nə edirsən. Bir üz baxımı videosu paylaşdım, orada soruşublar. Aprel ayında göz qapaqlarıma müdaxilə edərək oradakı yağ vəzilərini aldırdım. Simamdakı yorğun ifadə getdi, yüngül gənclik durumu oldu. Amma sonra işlər qarışıb. Məni yalançı vəziyyətinə salmaq istəyirlər və bundan xoşum gəlmir. Üzümdə başqa estetiklər olduğunu iddia edirlər”.
Türkan
Sfera.az