Küçə ticarəti ilə məşğul olanlar cərimələnir - FOTOLAR

Küçə ticarəti ilə məşğul olanlar cərimələnir - FOTOLAR
Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilir.
 
Sfera.az xəbər verir ki, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Bu gün keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-dan çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Bildirilib ki, bu kimi reydlər paytaxtın mütəmadi olaraq bütün rayonlarında keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Bakı-Qazax yolunda zəncirvari qəza: yaralılar var

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.   Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hiss...

Misir yaxınlığında turistlərin olduğu yaxta batdı: 45 nəfər itkin düşüb

Qırmızı dənizdə turistləri daşıyan gəmi itib. İçərisində 30-dan çox sərnişin və 14 ekipaj üzvü olan “Sea Story” gəmisi Misir yaxınlığında yoxa çıxıb...

70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına g...

BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğ...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyy...

Fransada Ukraynaya qoşun göndərilməsi səbəbilə etirazlar başlaya bilər

Fransalı siyasətçi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki hesabında vətəndaşları Ukraynaya qoşun göndərmək təşəbbüsünün müz...