Çexiya Prezidenti xəstəxanadan evə buraxıldı

Dünya
14:52 / 25.11.2021
755
Çexiya Prezidenti Miloş Zeman müalicə olunduğu Mərkəzi Hərbi Hospitaldan evə buraxılıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Onun müalicəsi evdə davam edəcək.
Qeyd edək ki, M.Zeman nevropatiyadan əziyyət çəkir, bununla əlaqədar bu ilin yazından əlil arabasında hərəkət edir.