Ər mübahisə əsnasında arvadının gözünə bıçaq soxdu – 25 sm dərinlikdə...

Kriminal
17:02 / 24.11.2021
1070
Rusiyanın
Krasnodar şəhərində evli cütlük arasında mübahisə düşüb.
Sfera.az
xəbər verir ki, sərxoş ər mübahisə böyüyərkən mətbəxə keçib və dolabdan iri
bıçağı götürüb. Sərxoş kişi 60 yaşlı arvadı Larisanın yanına gedərək onun gözünə
bıçaqla xəsarət yetirib. Qışqırıq səsləri qonşular tərəfindən eşidiləndən sonra
hadisə yerinə polis və təcili yardım çağırılıb. Təcavüzkar ər polis tərəfindən
polis bölməsinə aparılıb. Bıçaqla gözündən vurulan və qan içində olan qadın xəstəxanaya
çatdırılıb.
Krasnodar
prokurorluğu dəhşətli hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əzizə
Zeynal