Manat digər valyutalara nisbətən bahalaşır

Manat digər valyutalara nisbətən bahalaşır
2021-ci ilin noyabrın 1-nə olan məlumata əsasən, bu il qeyri-neft sektoru üzrə manatın həm nominal, həm real məzənnəsində bahalaşma müşahidə edilir.
 
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən manatın nominal məzənnəsi 3,7 faiz bəndi yüksəlib. Ötən ilin sonunda 116,2 olan nominal effektiv məzənnə bu il oktyabrın sonunda 119,9 səviyyəsinə qalxıb.
 
Qeyri-neft sektoru üzrə real məzənnə də yüksəlib. Ötən ilin sonunda 97,1 olan səviyyə bu ilin oktyabrın sonunda 101,4-ə çatıb.
 
Hər iki göstəriciyə istinadən deyə bilərik ki, bu il manatın qeyri-neft ümumi ticarət çəkili nominal və ral dəyəri bahalaşıb.
 
Manatın bahalaşması qeyri-neft sektorunun rəqabət qabiliyyəti üçün əlverişli deyil. Çünki bu halda Azərbaycandan ixrac və xaricə göstərilən xidmətlər bahalaşır, mal və xidmət idxalı isə ucuzlaşır. Məzənnədəki bu vəziyyət, yəni manatın bahalaşması mal və xidmət idxalını stimullaşdırır.
 
Lakin onu da əlavə edək ki, daha uzunmüddətli dövrlə müqayisə apardıqda manatın həm nominal, həm də real dəyərinin ucuzlaşdığını görürük. 2014-cü illə müqayisədə qeyri-neft sektoru üzrə manatın nominal dəyəri 53,2 faiz bəndi, real dəyəri isə 39,3 faiz bəndi aşağıdır. Başqa sözlə, 2014-cü ilə nisbətən hazırda manat daha ucuzdur.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR