Planetimiz 10 saniyə oksigensiz qalsa, başımıza nələr gələr? - Maraqlı faktlar

Planetimiz 10 saniyə oksigensiz qalsa, başımıza nələr gələr? - Maraqlı faktlar
Oksigen, yer üzündəki hər bir canlı üçün həyatda qalmasını təmin edən əsas maddədir. Bu maddənin 10 saniyə olmaması kifayət edir ki, canlı ələm üçün ciddi problemlər, fəlakətlər yaransın.

Sfera.az canlı aləmin var olması ilə bağlı aparılan araşdırmalara istinadən bildirir ki, insanların, heyvanların və bitkilərin yaşaması üçün ən zəruri maddələr su, oksigen və qidadır. Canlılar oksigensiz 10 saniyə qala bilməz. Çox qısa bir zaman kimi səslənsə belə, 10 saniyə oksigen olmasa, dünyada böyük fəlakətlər baş verəcək.

İlk baxışdan oksigenin 10 saniyə ərzində yoxa çıxması insanlar üçün elə də böyük təhlükə yaratmır. Lakin nəzərə alın ki, oksigen olmasa, bədənimizin 60 faizi mövcud olmayacaq. Bundan əlavə, dünyada baş verəcək hadisələrə görə də insanların həyatda qalması mümkün deyil.
 
Əgər oksigen qısa müddətə yox olarsa, dənizlər, okeanlar, göllər, çaylar da daxil olmaqla bütün sular dərhal yox olacaq. Hidrogen ən yüngül element olduğu üçün uçacaq və bir daha geri dönməyəcək.
 
Oksigensiz bir dünyada baş verəcək digər fəlakətlər bunlardır:

- Yaşadığımız bütün binalar toza çevriləcək. Çünki betonun əsas komponentlərindən biri oksigendir;

- Hər kəsin daxili qulağı dəhşətli dərəcədə partlayacaq. Çünki atmosfer təzyiqi 21 faiz azalacaq;

- Günəşdən gələn işıq havadakı hissəciklər vasitəsilə səpilir. Oksigenin yoxluğu atmosferin 21 faizini məhv edəcək və həmin hissəciklərin sayı 20 faiz azalacaq. Bu səbəbdən hava daha qaranlıq olacaq;

- Dünyada havaya qalxmağa hazırlanan bütün təyyarələr yerə düşəcək və havadakı təyyarələr bu 10 saniyə ərzində havada süzüləcək;

- Yer mantiyasının və səthinin 45 faizi oksigendən ibarət olduğundan, biz yüksəklikdən sürətlə enəcəyik;

- Oksigenin yoxluğu yer qabığında qəfil parçalanma yaradacaq;
 
Amma bütün bunlara görə qorxmağa dəyməz. Oksigen olmasa, insanlar bunların heç birini görə bilməyəcək, həmin dəyişiklikləri yaşaya bilməyəcək. Çünki Oksigen olmasa insan bir anda məhz olub, dünyasını dəyişək.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - FOTO

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.   Sfera.az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə o...

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".   Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlma...

Rusiya aeroportunda 50-dən çox aviareys təxirə salındı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda 50-dən çox aviareys təxirə salınıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər v...

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.   ...

Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarına cavab verib.   Sfera.az xəbər verir ki, o, bu barədə video çəkd...

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. &n...