"Qarabağ" - "Omoniya" oyununun hakimləri AÇIQLANDI

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.

Sfera.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:

Baş hakim: Morten Krox

Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen

Dördüncü hakim: Yorgen Dauqberq Burxardt

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

OXŞAR XƏBƏRLƏR