Azərbaycanın vaksin idxalına xərclədiyi pulun məbləği açıqlandı - MƏBLƏĞ

Azərbaycanın vaksin idxalına xərclədiyi pulun məbləği açıqlandı - MƏBLƏĞ
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 72,1 milyon dollar dəyərində insanlar üçün vaksin idxal edilib. İdxal edilən vaksinin miqdarı 16,51 ton olub.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il idxal edilən vaksinin miqdarı 34 faiz artdığı halda dəyəri 18 dəfədən çox artıb. Belə ki, ötən il ərzində idxal edilən vaksinin miqdarı 12,34 ton, dəyəri 4,03 milyon dollar olmuşdu.
 
Müqayisə göstərir ki, ötən il ərzində bir ton vaksinə orta hesabla 326,6 min dollar ödənildiyi halda, bu ilin 9 ayında bir tona görə ödənilən pul 4,367 milyon dollar təşkil edib. Bu il alınan vaksinlərin qiyməti 13,4 dəfə yüksəkdir.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR