MDB məkanında təyyarə biletləri ucuzlaşır

MDB məkanında təyyarə biletləri ucuzlaşır
Bu ilin sentyabrından hava nəqliyyatı ilə sərnişindaşıma qiymətlərində enmə müşahidə olunur. Avqustda MDB ölkələrinə bir gedişin orta qiyməti 1279 manata yüksəldikdən sonra sentyabrda 1164 manata, oktyabrda 1054 manata enib.
 
Sfera.az bildirir ki, qiymət enməsi MDB ölkələrindən kənara uçuşlarda da qeydə alınıb. Həmin ölkələrə bir uçuşun orta qiyməti avqustda 756 manat olduğu halda, sentyabrda 692 manata, oktyabrda 647 manata enib.
 
Xatırladaq ki, sentyabr və oktyabrda qiymətlərin enməsinə baxmayaraq qiymətlər pandemiyadan əvvəlki qiymətlərlə müqayisədə çox yüksəkdir. Pandemiyadan əvvəl MDB ölkələrinə uşuş qiyməti orta hesabla 330 manat, digər ölkələrə 360 manat təşkil edirdi.  
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR