Dollar bahalaşır, neftsə ucuzlaşır – Yaxın aylarda nə gözlənilir?

11:45 / 22.11.2021
914
ABŞ
dünyada əmtəə qiymətlərinin yüksəlməsindən sonra dolları bahalaşdırmağa qərar
verib. Artıq bunun ilkin əlamətləri müşahidə edilir və yəqin ki, 2022-ci ilin
birinci yarısı ərzində də güclü dollar görəcəyik.
Sfera.az
xəbər verir ki, dolların güclənməsi əmtəə qiymətlərinin enməsinə səbəb ola bilər.
Dolların bahalaşması prosesi 2021-ci ilin mayından başlanıb.
Həmin dövrdə 89,6
olan Dollar İndeksi oktyabrın 28-də 93 həddini keçdi. Oktyabrın sonlarından
dollarda növbəti bahalaşma qeydə alınıb və bu proses hələ də davam edir.
Hazırda indeks 96,1 həddindədir və beynəlxalq birja analitiklərinin proqnozuna
görə indeksin bir qədər də yüksəlməsi üçün imkanlar var.
May
ayından dolların bahalaşmasına ABŞ mərkəzi bankının (FED) yumşaq pul-kredit
siyasətindən tədricən imtina edəcəyi ilə bağlı yayılan məlumatlar səbəb olub.
Dolların oktyabrın son günlərindən bir qədər də güclənməsi isə FED-in qəbul
etdiyi qərarlarla əlaqədardır. FED bəyan edib ki, hər ay 120 milyard dollarlıq
qiymətli kağız alışını dekabrdan 15 milyard dollar azaldacaq. Azalma sürəti gələn
ilin yanvarından 20 milyard dollara yüksələcək və 2022-ci ilin ikinci yarısına
qədər istiqraz alışı tam dayanacaq.
FED-in
bu qərarı yumşal pul-kredit siyasətindən tədricən imtinanın başlanması anlamını
verir. Böyük ehtimalla FED gələn ilin ikinci yarısında faizlərin artırılması
haqqında qərar verəcək.
Bu qərarlar
dolları bahalaşdırır və ehtimal ki, növbəti aylarda biz məzənnə dəyəri daha
yüksək olan dollar görəcəyik.
Dolların
bahalaşması əmtəə qiymətlərinə azaldıcı təsir göstərir. Oktyabrın son günlərindən
neftin dəyərində baş verən enməyə səbəb olan amillərdən biri də məhz dolların
bahalaşmasıdır. Oktyabrın 27-də bir bareli 86 dollar olan "Brent” nefti hazırda
78-79 dollara satılır. Böyük ehtimalla dollar bahalaşdıqca neft qiymətlərində
bir qədər də enmə olacaq.
Bu prosesdən Azərbaycan da faydalanacaq. Düzdür, neftin müəyyən qədər ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinə mənfi təsir edəcək, amma ixracla bərabər idxalın həcmində azalma yaradacaq. Buna görə də neftin ucuzlaşmasına görə müsbət xarici ticarət balansında ciddi fərq müşahidə etməyəcəyik.
Dolların
bahalaşması, neftinsə ucuzlaşması Azərbaycanın bu il əziyyət çəkdiyi "idxal
inflyasiyası” yükünü azaldacaq və gələn il daha aşağı inflyasiya görəcəyik.
Vasif