Saatlıda avtomobil yeniyetmələri vurdu

Saatlıda avtomobil yeniyetmələri vurdu
Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Şirinbəy kəndində qeydə alınıb. Belə ki, sakinlər - 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onları vurub.

Müxtəlif dərəcəli xəsarət alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
(report)

OXŞAR XƏBƏRLƏR