Goranboyda minaya düşən şəxs sağdır - RƏSMİ

Goranboyda minaya düşən şəxs sağdır - RƏSMİ
Goranboy rayonunda minaya düşən mülki şəxs sağdır.

Goranboy rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR