Röyanın eks əri döyülməsinə reaksiya verdi - FOTO

Röyanın eks əri döyülməsinə reaksiya verdi - FOTO

"Bütün yazılanlar təxribatdır, inanmayın!” Mətbuatda döyülmə xəbərləri yayılan Anar Cəlilov belə deyir.

 

Sfera.az 1Xəbər.com-a istinadən bildirir ki, Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərə sosial şəbəkədə reaksiya verib. O, selfi çəkərək paylaşıb və əli ilə hər şeyin yaxşı olduğuna işarə edib.

 

Saytlarda dərc olunan xəbərdə "Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilovun bir neçə gün əvvəl vəhşicəsinə döyüldüyü yazılıb. Yazılanlara görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

 

Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar. Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.

 

Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı Nəsimi rayon polis idarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də suallardan yayınıb. O, hadisəni dəqiqləşdirmək üçün vaxt istəyib. Lakin dünəndən bu günə qədər edilən çoxsaylı zənglərdən heç birinə cavab verməyib...

 



OXŞAR XƏBƏRLƏR

Ali təhsil müəssisələrində tədris müddəti aşağı endirilir? - Nazirdən AÇIQLAMA

"Azərbaycan təhsilinin əsas problemi müəllimlərin əməkhaqqının saatlara bağlı olmasıdır".     Sfera.az xəbər verir ki, bu sözləri elm ...

Azərbaycanda bu tarixlərdə iş OLMAYACAQ

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.   Sfera.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram g...

Niyazi Mehdi xəstəxanadan evə buraxıldı

Fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas alim Niyazi Mehdi xəstəxanadan evə buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə report-a onun oğlu məlumat...

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu ba...

Bu ərazilərlə bağlı XƏBƏRDARLIQ! - 7,8 fevralda...

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, fevralın 7-...

Bu məktəblərdə ədəbiyyat fənni Azərbaycan dilində aparılacaq - RƏSMİ

Tədrisi digər dillərdə aparılan məktəblərdə ədəbiyyat fənni də Azərbaycan dilində tədris edilə bilər.   Sfera.az xəbər verir ki, bu sözləri elm və tə...