Bakıda kuryoz hadisə: Oğurluğa gedən şəxs başqa oğrularla rastlaşdı...

Bakıda kuryoz hadisə: Oğurluğa gedən şəxs başqa oğrularla rastlaşdı...
Azərbaycanda özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq edən zaman kömək üçün başqalarını da bu işə cəlb edən şəxsə hökm oxunub.

Sfera.az  "oxu.az"a istinadən xəbər verir ki, Vəfadar (ad şərtidir) 2018-2019-cu illərdə Bakıda elektron əşyalar satan mağazaların birində kassir işləyib.

Ancaq onun iş prosesində müdiriyyətlə mübahisələri yaranıb və işdən qovulub.

Bu hadisə Vəfadarda kin yaradıb və o, qisas almaq fikrinə düşüb.

Aptekdən oğurluq etmək istəyənləri prosesə cəlb edir.

Vəfadarın qisasının motivi oğurluq olub. Belə ki, o, 2021-ci ilin aprelin 26-da gecə 03:00-da həmin mağazanın önünə gələrək içəri keçməklə soyğunçuluq etmək istəyib.

O, uyğun vaxt tapan kimi mağazanın qapısını açmaq istəyib... Məsələ burasındadır ki, bu zaman çətin vəziyyətə düşüb.

Yəni mağazanın qapısı iki laydan ibarət olduğundan və hər layı bir tərəfə açıldığından Vəfadar niyyətini həyata keçirə bilmir.

Qapını açmağa gücü yetməyəcəyini anlayan Vəfadar həmin vaxt görür ki, iki nəfər tanımadığı şəxs yolun kənarında olan aptekə oğurluq üçün girməyə çalışır.

Vəfadar məhkəməyə ifadəsində bu barədə danışarkən deyib:

"Həmin şəxslərə yaxınlaşdım, bildirdim ki, aptekə oğurluğa girməsinlər, çünki siqnalizasiyası var. Təklif etdim ki, əvəzində mənə kömək etsinlər və əlbirliyi ilə mağazanın qapısını açaq. Bunun müqabilində onların hərəsinə 100 manat pul verəcəyimi dedim. Həmin şəxslər mənimlə razılaşdılar”.

Üç nəfər oğurluq niyyəti ilə birgə iş görür və nəticədə Vəfadar içəri girir. Ancaq burada qarşılaşdığı mənzərə onun niyyətini quldurluq aktına keçirir.

O, oğurluq üçün daxil olduğu mağazada mühafizəçi ilə üzləşir. Vəfadar psixoloji üstünlük qazanmaq üçün mühafizəçini hədələyir, onun bu işə qarışmamasını, heç kimə bu barədə xəbər verməməsini tələb edir.

Daha sonra kredit şöbəsi otağındakı dolabın üst siyirməsindən 2 800 manat nağd pulu ələ keçirib qrupun digər üzvləri ilə birlikdə hadisə yerindən uzaqlaşır.

Əvvəlcədən vəd etdiyi kimi həmin şəxslərin hərəsinə 100 manat pul verir.

Mühafizəçinin ifadəsi

Hədələməyə məruz qalan mağazanın mühafizəçisi isə ifadəsində göstərib:

"Gecə saat 03:10-da imsak hazırlamaq üçün mətbəxə keçdim. Orada olan zaman zaldan səs-küy gəldiyini eşitdim, dərhal mətbəxdən çıxdım. Bu zaman gördüm ki, kredit şöbəsinin qarşısında uzunboylu bir nəfər dayanıb. O, məni görən kimi əlindəki vintaçanla üzərimə hücum çəkdi, qışqıraraq kənara durmağımı, əks təqdirdə isə məni vuracağını bildirdi. Pulları götürüb getdikdən sonra mən mağazanın müdirinə zəng edib vəziyyəti izah etdim”.

Oğurluq niyyətinin quldurluğa çevirən Vəfadar Cinayət Məcəlləsinin 181-ci maddəsinin (quldurluq) bir neçə bəndi ilə təqsirli bilinib.

O, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...