İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017 ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

 

TQDK-dan Sfera.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıb. Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İyulun 16-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. İyulun 15-də ali təhsil müəssisələrinin I və IV ixtisas ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (cari ilin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları ilə bu linklərdən tanış ola bilərsiniz.

Azərbaycan bölməsi - I qrup 

Azərbaycan bölməsi - IV qrup 

Rus bölməsi - I qrup 

Rus bölməsi - IV qrup 

 



OXŞAR XƏBƏRLƏR